ABŞ Çin-lə müharibədə dəniz və hava gücünün 80 faizini istifadə etməli olacaq



“South China Morning Post” sorğu edilən analitiklərin nəticələrinə istinad edərək yazır ki, Tayvan üzərində bir müharibə vəziyyətində Çini məğlub etmək üçün ABŞ dəniz və hava gücünün təxminən 80 faizini istifadə etməli olacaq.
 
Nəşr Pekinin adaya ehtimal olunan hücumunu dəf etmək üçün Vaşinqtondan Hava Qüvvələri və Donanmasının təxminən 80 faizini münaqişə bölgəsinə cəlb etməsini tələb edəcəyini yazıb.
 
Qəzet xatırladır ki, 1990-1991-ci illərdə İraqdakı müharibə zamanı ABŞ Hərbi Dəniz Qüvvələrinin altı təyyarədaşıyan gəmisindən ibarət zərbə qrupunu münaqişə bölgəsinə cəlb etməli olub. Nəşrə görə, bugünkü Çin Xalq Azadlıq Ordusu 1990-cı illərdəki İraq silahlı qüvvələrindən daha təhlükəlidir.
 
“South China Morning Post” Çin ilə bir qarşıdurma olduğu təqdirdə, ABŞ-ın əvvəlki münaqişələrdə qələbəyə zəmanət verən “ölümcül zərbə” vura bilməyəcəyi üçün hava üstünlüyünə çatmaq üçün daha böyük çətinliklərlə qarşılaşacağını diqqətə çatdırıb.
 
Adının açıqlanmasını istəməyən nəşrin həmsöhbətlərindən biri Çinin narahatlığına ən çox ABŞ-ın beşinci nəsil “F-35 Lightning II” qırıcılarının səbəb olduğunu bildirib. Mənbə Vaşinqtonun Pekinə qarşı yüzlərlə belə təyyarə göndərməyə hazır olduğunu və ABŞ-ın ildə 300-ə qədər, Çinin isə yalnız 50-yə qədər beşinci nəsil qırıcı istehsal edə bildiyini xatırladıb.
 
Nəşr Tokionun Pekin ilə qarşıdurmada Vaşinqtonun müttəfiqi ola biləcəyini də qeyd edib.
Tarix: 26-04-2021, 18:26
Xəbəri paylaş



Xəbər lenti