Baydenin müşavirinin Lukaşenkoya qarşı sui-qəsddə əli olması aşkarlandı


Belarusun ONT dövlət telekanalı bildirib ki, ABŞ prezidenti Co Baydenin müşaviri Maykl Karpenterin Belarusda dövlət çevrilişində və respublikanın prezidenti Aleksandr Lukaşenkoya qarşı sui-qəsd hazırlığında əli var.
 
Telekanal bunların hamısının həqiqətən tam ciddi olduğunu və Birləşmiş Ştatların iştirakı olmadan başa gəlmədiyini bildirib.
 
"Dövlət Departamenti təmkinlə də olsa reaksiya verdi: "Bunun arxasında ABŞ hökumətinin dayandığı və ya Lukaşenkoya qarşı sui-qəsd cəhdində iştirak etməsi barədə hər hansı bir ehtimal tamamilə yalnışdır". O zaman sizə rəsmi Vaşinqtonun həqiqəti harada axtarmalı olduğunu söyləyəcəyik - Vaşinqtonun özündə Baydenin müşaviri Maykl Karpenter istəsə, sizə söyləyəcək”, - ONT-nin süjetində deyilir.
 
Bundan başqa, telekanal söz verib ki, gələn həftə daha çox təfərrüatı açıqlayacaq.
 
ONT həmçinin Lukaşenkoya qarşı sui-qəsdin iştirakçıların etiraflarını da nümayiş etdirib.
 
Aprelin 17-də Belarusun Federal Təhlükəsizlik Xidməti ölkədə çevriliş hazırlamış iki nəfərin tutulması haqqında bildirib. Qeyd edilib ki, respublikada çevrilişi Minskdə mayın 9-da qələbə paradı zamanı həyata keçirmək planlaşdırılıb.
 
Bundan əvvəl isə Belarus prezidenti Aleksandr Lukaşenko ona və övladlarına qarşı sui-qəsdin planlaşdırılması haqqında bildirib.
Tarix: 26-04-2021, 12:12
Xəbəri paylaş



Xəbər lenti