Türkiyənin Milli Kəşfiyyat İdarəsi (MİT) və Silahlı Qüvvələrinin (TSK) İraqın şimalında birgə keçirdikləri əməliyyat zamanı PKK terror təşkilatının rəhbər şəxslərindən biri öldürülüb.
Yeniavaz.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, PKK-nın tərkibində fəaliyyət göstərən KCK-nın idarə heyətinin üzvü Sinan Mirhan kod adlı Dalokay Şanlı zərərsizləşdirilib. O Interpol xətti ilə axtarışda olub.