ABŞ Prezidenti Co Baydenin aprelin 24-də qondarma “erməni soyqırımı” ilə bağlı səsləndirəcəyi müraciətdə “soyqırım” ifadəsi işlədəcəyini düşünmürəm. Çünki bunu iddia edənlər onun seçki zamanı erməni lobbisinin dəstəyini qazanmaq üçün səsləndirdiyi fikirləri əsas götürür. Bayden bəlkə də aprelin 24-də “soyqırım” ifadəsi işlədə bilərdi, lakin indiki halda çətin ki, o, Türkiyə ilə münasibətləri poza biləcək belə bir addımı atsın.Bu sözləri
Axar.az-a politoloq
İlqar Vəlizadə deyib.
Politoloqun sözlərinə görə, Ukrayna ətrafında gedən proseslər Vaşinqtonu Türkiyə ilə münasibətlərdə daha ehtiyatlı davranmağa vadar edir:
“Məsələ ondadır ki, Ukraynanın şərqində baş verən gərginlik onsuz da pis olan Moskva-Vaşinqton münasibətlərini pik həddə çatdırıb. ABŞ-ın istəyi ilə bəzi Şərqi Avropa ölkələrinin rus diplomatlarını qovması isə Kremli sözün əsl mənasında qəzəbləndirib.
Həm ABŞ, həm də AB-nin Ukraynaya yardım göndərmək üçün boğazlara ehtiyacı var. Boğazların nəzarəti isə Türkiyənin əlindədir. Yəni indiki halda Vaşinqtonun Ankaraya hava, su kimi ehtiyacı var. Bu mənada çətin ki, Bayden “soyqırım” ifadəsi işlətsin. Bu açıqca boğazların Vaşinqtonun üzünə bağlanması, Kremlə isə ciddi bir fürsət vermək deməkdir”.
Tarix: 23-04-2021, 09:41