Etirazlar! - “Qərb Rusiyadakı müxalifətdən istifadə edəcəyini düşünür” - Aktual





“Amma əminəm ki, daxildə baş verənlər Putinin nəzarətindən kənar deyil. Navalnı Putinin əlində vasitədir” 


Rusiyada müxalifət lideri Aleksandr Navalnının saxlanma şəraitinin ağırlığı və bundan dolayı ölüm təhlükəsi ilə üzləşdiyi üçün minlərlə vətəndaş paytaxt Moskvanın küçələrinə axın edib. Siyasətçinin yaxınları və vəkili onun martın sonundan aclıq aksiyasına başladığını deyiblər:

“A.Navalnı ölüm təhlükəsi ilə üz -üzə qalıb. O, saxlanma şəraitinin ağırlığına etiraz edərək belə qərar verib. O, bununla öz ölümünə fərman verib".
Göründüyü kimi, şimal qonşumuzdakı daxili vəziyyət heç də ürəkaçan deyil. Bu azmış kimi, Kreml həm də xarici diplomatiyada hegemon siyasətini davam etdirir. Deyir ki, burda mənəm, Bağdadda kor xəlifə...İlk baxışdan belə görünür ki, rəsmi Moskva, həqiqətən, həmin xəlifənin gününə düşəcək...



 Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəhbəri, beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli isə məsələyə fərqli prizmadan yanaşır. O, bu barədə fikirlərini “Sherg.az”la bölüşdü: 

“Navalnının kimliyindən və nə dərəcədə müxalif olduğundan hələ əmin deyilik. Həmçinin daxildəki etiraz dalğası ilə əlaqədar Rusiya Federasiyanın hansı addımlar atacağı, Navalnı barədə hansı qərarlar verəcəyi də məlum deyil. Siyasi sosiologiyada cəmiyyətin narazı təbəqəsini müəyyənləşdirərək ona qarşı daha effektiv addımlar atmaq metodları var.

Ola bilsin, bu da onlardan biridir. Hər halda Putinin həyata keçirmək istədiyi müstəmləkə siyasəti var. Mən Navalnının bunun üçün dövlət başçısına səbəb verəcəyini istisna etmirəm. Putinin geri addım atmasına dair ehtimallar isə yanlışdır. Düzdür, Qərb daxildəki müxalifətdən Rusiyaya qarşı vasitə kimi istifadə edəcəyini düşünür.

Amma əminəm ki, daxildə baş verənlər Putinin nəzarətindən kənar deyil. Navalnı Putinin əlində vasitədir”. 
Tarix: 22-04-2021, 14:22
Xəbəri paylaş



Xəbər lenti