Birinci raund Putinin xeyrinə


Birinci raund Putinin xeyrinə
“Rusiya Ukrayna-Türkiyə hərbi əməkdaşlıq mövzusunu ona görə qabardır ki...”
 
Rusiya “stavka”ları qaldırır və istədiyinə nail olur. Bu fikri AYNA-ya Ukraynanın cənub-şərqindəki vəziyyətdən danışan rusiyalı politoloq Konstantin Kalaçev deyib.
 
“Gördüyünüz kimi, Putinin planı uğurlu oldu. Qərblə manipulyasiya etdi və hər şey tam olaraq planlaşdırıldığı kimi baş getdi. Bayden manipulyasiya obyekti oldu, amma nə edə bilər? Əgər Merkel ona zəng edib Ukrayna ətrafındakı vəziyyəti yumşaltmaq lazım olduğunu və bunun üçün Putinlə danışmağın gərəkdiyini söyləyirsə, deməli məsələ aydındır. Yeri gəlmişkən, Nikolay Patruşev də Ukrayna tərəfinin qarşıdurmalar üçün bəhanə ola biləcək bir təxribat hazırladığını söyləmişdi. Yəni bütün ciddi mesajlar verildi və buna görə də Qərb deyilənlərlə razı olmaq məcburiyyətində qaldı”, - deyə analitik bildirib.
Kreml ənənəni dəyişir: avar əvəzinə vəzifəyə ləzgi gəlir
Ekspertin fikrincə, Baydenin Putinlə bağlı açıqlamasına cavab olaraq, sonuncu sadəcə qoşunlarını Ukrayna sərhədində cəmləşdirdi və bu vəziyyət ABŞ Prezidentini rusiyalı həmkarı ilə danışmağa və ona görüş təklif etməyə məcbur etdi: “Rusiya tərəfi indi görüşün ancaq amerikalıların sanksiyalardan imtina etməsi halında mümkün olduğunu söyləyəcək. Yəni bütün vəziyyət elə inkişaf etdi ki, indi ura-patriotlar çığır-bağır salacaqlar ki, Putin hamını üstələyib. Özümü bir ura-patriot hesab etmirəm, amma bu vəziyyətdə Putinin nə bacardığını görürük. Amerikalılar gərginlikdən imtina etdilər, Türkiyə isə münaqişədən distansiya saxlamağı üstün tutdu”.
 
Kalaçevin sözlərinə görə, Rusiyanın rəsmi olaraq Ukrayna münaqişəsinin tərəfi olmamasına və Kiyevin siyasi və iqtisadi böhrandan çıxmasında maraqlı olmasına baxmayaraq, əslində rahat bir konfiqurasiya və şantaj üçün bir obyekt əldə etdilər və Kreml bundan istifadə edir: “Bu vəziyyətdə Bayden manipulyasiyaya boyun əydi. Ukrayna üçün heç kim mübarizə aparmayacaq, o zaman sual yaranır: niyə gərginləşməyə gedilsin ki? Bayden Putini qatil adlandırdı, Putin asimmetrik bir cavab tapdı. O, kobudluğa kobud cavab vermir, əksinə ABŞ Prezidentinin özünün Rusiya Prezidentinə zəng etməsini təmin edir”.
 
“Ümumiyyətlə, heç kim müharibə istəmir. Rusiya tərəfi də bunda maraqlı deyil. Ancaq Ukraynanın cənub-şərqindəki lokal hərbi əməliyyatlar davam edəcək. Bu vəziyyət Kremlin bir təbliğat oyunu oynamasını və vəziyyəti gərginləşdirməsini dayandırmadı. Onlar Ukraynanın Türkiyə və ABŞ-dan dəstək aldığını söyləməkdə davam edirlər”, - deyə müsahibimiz vurğulayıb.
 
Ekspertə görə, Ukrayna müharibə vəziyyətində hansı nəticələrlə qarşılaşa biləcəyini başa düşür və bu səbəbdən Kiyev ağırlaşmaya getməyəcək: “Rusiya Ukrayna-Türkiyə hərbi-texniki əməkdaşlıq mövzusunu, xüsusən Ukraynanın Türkiyədən hücum dronları aldığı mövzusunu qabartmaqda davam edir. Bütün bunlar daxili auditoriyaya Ukraynanın Türkiyə və ABŞ-ın dəstəyi ilə təcavüzkar kimi davrandığını və Rusiyanın yalnız öz vətəndaşlarını qoruduğunu söyləmək üçün edilir. Donbassın yarım milyondan çox sakininin rus pasportu aldığını və onların Rusiya Dövlət Dumasına keçiriləcək seçkilərdə iştirak edəcəyəni unutmayın”.
 
Politoloq düşünür ki, Moskva hərbi vəziyyəti təhdid etməyə və gərginləşdirməyə davam edərkən, Rusiya vətəndaşlarını müharibədən daha çox Türkiyəyə uçuşların bağlanması narahat edir.

Öz növbəsində moldovalı politoloq Zurab Todua AYNA-ya şərhində deyib ki, Türkiyə Ukrayna ilə hərbi-texniki əməkdaşlıq sahəsində kifayət qədər perspektivli layihələr inkişaf etdirir: “Ancaq Ankaranın hərbi əməliyyatların başlanması halında, Ukraynaya da Azərbaycana verdiyi dərəcədə dəstək verməsi qeyri-mümkündür”.
 
“Birincisi, Türkiyə ilə Azərbaycan arasında qədim köklərə dayanan əlaqələr var. Bundan əlavə, etnik və linqvistik qohumluq amili işə yarayır. İkincisi, Rusiya ilə Türkiyə arasında iqtisadi, hərbi və siyasi sahələrdə əməkdaşlığın miqyası və formaları çox müxtəlifdir. Çox güman ki, müharibə vəziyyətində Ankara Rusiyanı həddindən artıq qıcıqlandırmamaq üçün bir qədər ehtiyatlı davranacaq. Bu, əlbəttə ki, Ukraynaya bəzi açıq və gizli dəstək formalarını istisna etmir”, - deyə Todua bildirib.
Tarix: 22-04-2021, 12:24
Xəbəri paylaş



Xəbər lenti