Saakaşvilidən həyəcan siqnalı: İşğala hazırlıq gedir


Saakaşvilidən həyəcan siqnalı:       İşğala hazırlıq gedir
İliya Kusa: “Kremldə təcavüz üçün siyasi qərar verilsə, çətin ki, kimsə onu dayandıra bilsin”
 
Gela Vasadze: “İşğalçının strategiyası dəyişmir - əsgərlərin cəmlənməsi, təbliğat isteriyası, əvvəlcədən hazırlanmış səbəblər”
 
Gürcüstanın keçmiş Prezidenti, Ukrayna Milli İslahatlar Şurasının İcraiyyə Komitəsinin rəhbəri Mixail Saakaşvili “Ukrayna 24” kanalının efirində deyib ki, Rusiyanın bu gün Ukrayna sərhədindəki addımları 2008-ci ildəki vəziyyətə bənzəyir: “Məndə dejavü hissi var. Və bu dejavü Ukraynada 2014 deyil, daha çox Gürcüstanla əlaqəli 2008 ssenarisinə bənzəyir: orada da bir neçə il müharibə getdi, Ukraynanın şərqində olduğu kimi hər gün Gürcüstan əsgəri öldürüldü. Və sonra 2008-ci ilin əvvəlində çox sürətli bir eskalasiya başladı, yayda zirvəsinə çatdı və təcavüz avqust ayında baş tutdu”.

Saakaşvili Ukraynadakı mövcud vəziyyətlə 2008-ci il Gürcüstan müharibəsi arasında paralellər aparıb: “Çox oxşar olan bir neçə element var. Birincisi, bu, hərbi təbliğatdır, ORDLO-da (Donetsk və Luqansk vilayətlərinin işğal olunmuş əraziləri) və Krımda çox sayda hərbi müxbir var. Onlar Gürcüstanda olduğu kimi, indi də Ukrayna hökumətinin hücum edəcəyini o bölgələrdə yaşayanların beyninə yeridirlər. O zaman da Qərb qəzəbləndi və Tbilisidə “çılğın başları” sakitləşdirməyə çağırdı, indi də Kiyevdə eyni çağırışlar var. İndi Donetsk və Luqanskda evakuasiya siyahıları hazırlayırlar, işğal altında olan Gürcüstan ərazilərində də belə siyahılar hazırlanırdı. Təlim adı altında qoşunları cəmləşdirdilər. İndi Ukrayna sərhədlərində cəmləşən qoşunlar hələ genişmiqyaslı təcavüz etmək üçün kifayət deyil. Gürcüstanla sərhədlərdə 100 mindən çox əsgər var idi, praktik olaraq Rusiya quru qoşunlarının döyüşə hazır bütün hissələri cəmləşmişdi. Bu, hələ Ukrayna sərhədlərində mövcud deyil, lakin hər şey dəyişə bilər”.
 
Etiraf etmək lazımdır ki, indi çoxları Rusiya qoşunlarının Ukrayna sərhədləri yaxınlığındakı son addımlarının Vaşinqtonla münasibətlərin pisləşməsindən qaynaqlanan bir şou olduğu qənaətindədir. Ancaq Saakaşvili bunun daha çox bir vaxtlar Gürcüstana qarşı həyata keçirilmiş istilaya hazırlaşma ssenarisinə bənzədiyini iddia edir. Bəlkə, onun proqnozu nə qədər kədərli olsa da, daha doğrudur? Əgər belədirsə, vəziyyətin bu cür inkişafının qarşısını necə almaq olar?
 
AYNA-nın suallarını tanınmış əcnəbi ekspertlər cavablandırıblar.
 
Ukrayna Gələcək İnstitutunun analitiki İliya Kusa:
Image result for İliya Kusa
“İndi Rusiya Federasiyasının Ukraynaya genişmiqyaslı təcavüz ehtimalı o qədər də yüksək deyil. Lakin bu, vəziyyətin inkişafı üçün mümkün ssenarilərdən biridir.
 
Kremldə işğal etmək üçün siyasi bir qərar verilsə, çətin ki, kimsə onu dayandıra bilsin, amma Ukrayna özünü müdafiə etməyə və Rusiyanın bu əməliyyat üçün çox baha qiymət ödəməsi üçün hər şeyi etməyə hazırdır. Ukrayna rəhbərliyi və ordusu üçün əsas vəzifə budur.
 
Dünya liderlərinin siyasi bəyanatlarını təhlil etsək, onda belə bir təəssürat yaranır ki, mövcud gərginləşmə yalnız Rusiya Federasiyası ilə Qərb arasında sövdələşmə elementidir”.
 
Gürcüstan Strateji Analiz Mərkəzinin (GSAC) aparıcı mütəxəssisi Gela Vasadze:
Գելա Վասաձե․ Ղարաբաղյան հարցի հետ կապված Զուրաբիշվիլին ոչ մեկ անգամ է  հայտարարել Վրաստանի դիրքորոշումը
“Sakkaşvilinin dedikləri uzaqgörənlik deyil, bir yaddaşdır. Ancaq Rusiya Federasiyasının belə bir sxemdən istifadə etməsində orijinal bir şey yoxdur. Qədim dövrlərdən bəri bir çox müharibələr bu şəkildə başlayıb. Tarixdəki bu ssenariyə uyğun ən məşhur hadisə Qleivitçdir. Nasist Almaniyası İkinci Dünya Müharibəsinə məhz bu sxemlə başladı.
 
Detallar dəyişə bilər, ancaq təcavüzkarın hərəkət alqoritmi demək olar ki, eynidir - əsgərlərin cəmlənməsi, təbliğat isteriyası, əvvəlcədən hazırlanmış səbəblər. Bütün bunları Gürcüstanda 2008-ci ilin yayında müşahidə etdik və indi Ukraynada şahidi oluruq.
 
Ancaq vəziyyət, əlbəttə, fərqlidir. O zaman bizə inanmadılar ki, Rusiya Federasiyası hücum edib, müharibə başlayacaq. Bir çox diplomatın ifadəsinə görə, nə Brüssel, nə də Vaşinqton “müharibə” sözünü eşitmək istəyirdi. İndi hər kəs Rusiyanın nəyə qadir olduğunu bilir, amma Moskvada da Ukraynanın Qərb tərəfdaşlarının cavabının çox ağrılı ola biləcəyini bilirlər.
 
Beləliklə, Moskva belə bir cavab veriləcəyinə əmindirsə və bu cür cavabdan gələn zərər Putinin Ukraynadakı döyüş əməliyyatlarını genişləndirərək RF Silahlı Qüvvələrinin təcavüzündən ala biləcəyi siyasi dividendlərdən xeyli yüksəkdirsə, müharibənin başlama ehtimalı o qədər azdır. Ancaq vəziyyət çox gərgindir”.
Tarix: 21-04-2021, 10:56
Xəbəri paylaş



Xəbər lenti