Ermənistan ordusunun baş qərargah rəisinin keçmiş birinci müavini, general Tiran Xaçatryan prezident Armen Sərkisyan və baş nazir Nikol Paşinyana qarşı məhkəmə iddiası qaldırıb.Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bununla bağlı rəsmi məlumat Ermənistanın “Dataleks” məhkəmə informasiya sisteminə belə yerləşdirilib.
Tiran Xaçatryan onun yerinə gələn general Arşak Karapetyanın silahlı qüvvələrin baş qərargah rəisinin birinci müavini vəzifəsinə təyin olunması haqqında aktın qanunsuz hesab olunmasını tələb edir. Qeyd etmək lazımdır ki, Arşak Karapetyan daha öncələr Nikol Paşinyanın müşaviri olub.
İddia ərizəsi artıq qeydə alınıb və prosesə hakim Qraç Ayvazyan tərəfindən baxılacaq.
Tiran Xaçatrayan həmçinin daha bir iddia ərizəsi verərək Ermənistan prezidentinin onun vəzifədən azad olunması haqqında 24.02.2021-ci il tarixli fərmanının da qüvvədən düşürülməsini tələb edib. Bunda başqa o, müdafiə naziri Vaqarşak Arutunyana qarşı da ayrıca iddia qaldırıb
Tarix: 17-04-2021, 18:38