Ukraynanın Krımın su blokadasını götürməsi üçün Dneprdən istifadə etmək lazımdır.Axar.az xəbər verir ki, bunu Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski deyib.
“Ukraynanı Krıma su verməyə məcbur etmək olar. Bunun üçün Dneprin Smolensk vilayətindəki mənbəyində damba tikintisina başlamaq kifayətdir”, - Jirinovski bildirib.
Qeyd edək ki, 2014-cü ildə Krımın Rusiyaya qanunsuz birləşdirilməsindən sonra Ukrayna yarımadanın su ehtiyatının 85 faizini təmin edən Şimal-Krım kanalını bağlamışdı.
Tarix: 17-04-2021, 09:01