İtaliyada karantin tədbirləri yumşaldılır


İtaliyada karantin tədbirləri yumşaldılır
Baş nazir: "Belə bir qərarı verərkən riskə gedirik"
 
İtaliyada 26 apreldən yeni növ koronavirus infeksiyası ilə bağlı tətbiq edilən sərt karantin rejimi ilə bağlı məhdudiyyətlərin bir qismi ləğv edilir.
 
AYNA xəbər verir ki, bu barədə İtaliyanın baş naziri Mario Draqi bəyan edib.
 
“Belə bir qərarı verərkən riskə gedirik, amma bu yaxşılaşmaqda olan epidemioloji məlumatlara əsaslanır. Nahar və axşam saatlarında açıq havada olan restoran və barlar tezliklə yenidən işə başlayacaq, eləcə də bütün məktəblilər əyani təhsil alacaqlar”, - deyə Baş nazir bildirib.
 
Nazirin sözlərinə görə, insanların regionlar arasında hərəkət etməsinə də icazə veriləcək.
Tarix: 17-04-2021, 08:49
Xəbəri paylaş



Xəbər lenti