NATO daha bir çağırış etdi - Rusiya Ukraynanın müstəqilliyinə təhlükə yaradır

NATO daha bir çağırış etdi - Rusiya Ukraynanın müstəqilliyinə təhlükə yaradır
NATO Rusiyanın Kerç boğazı da daxil olmaqla, Qara dənizin bəzi hissələrinə girişi məhdudlaşdırma planları barədə xəbərlərdən narahatdır. 
 
Moderator.az xarici mediaya istinadla xəbər verir ki, bu barədə NATO-nun sözçüsü Oana Lungesku bildirib. 
 
O belə bir addımın qanunsuz və Rusiyanın sabitliyi pozan davranışlarının daha bir nümunəsini olduğunu deyib: "Biz Rusiyanı Azov dənizindəki Ukrayna limanlarına sərbəst giriş hüququ verməyə çağırırıq. Rusiya Krımın qanunsuz ilhaqından sonra yarımadada və ətrafında hərbi mövcudluğunu əhəmiyyətli dərəcədə artırıb. Rusiyanın bölgədə hərbi varlığını artırmaq üçün səylərini davam etdirməsi Ukraynanın müstəqilliyinə təhlükə yaradır və bölgədə sabitliyi pozur”.
NATO-nun sözçüsü Rusiyanı təcili olaraq gərginliyi azaltmağa, təxribatı dayandırmağa və beynəlxalq öhdəliklərinə əməl etməyə çağırıb. O, NATO müttəfiqlərinin Krımın Rusiya tərəfindən qanunsuz ilhaqını tanımadığını və tanımayacağını vurğulayıb.

Tarix: 16-04-2021, 22:59
Xəbəri paylaş



Xəbər lenti