"Rusiya ordunu demokratik dünyanın sərhədinə cəmləyir" - Ukrayna XİN



Ukrayna Xarici İşlər Nazirliyi (XİN) çərşənbə axşamı idarənin başçısı Dmitri Kulebanın Amerika Birləşmiş Ştatlarının (ABŞ) Dövlət katibi Entoni Blinkelə görüşü barədə ətraflı məlumat yayıb.
Ukrayna və ABŞ diplomatiyasının başçıları Rusiya ilə bağlı gərginliyin bütün aspektlərinin detallı müzakirəsini aparıblar.
«Rusiya ordunu sadəcə Ukrayna sərhədinə cəmləmir, mahiyyət etibarilə demokratik dünyanın sərhədinə cəmləyir. Onun arxasında şimal və şərqə doğru min kilometrlərlə ərazidə demokratiya yoxdur. Mahiyyətcə, Ukrayna 7 ildən artıqdır ki, özünü və demokratik dünyanı avtoritar Rusiyanın təcavüzündən müdafiə edir» - relizdə ukraynalı nazirin sözləri yer alıb.
ABŞ Dövlət katibi əmin edib ki, ölkəsi gələcəkdə də Rusiya təcavüzünə qarşı mübarizə aparan Ukraynann arxasında dayanacaq.
Həmsöhbətlər Moskvanı dayandırmaq üçün birgə səylər göstərməyin qaçılmaz olduğu ilə razılaşıblar. Tərəflər hərbi-siyasi əməkdaşlığın dərinləşdirilməsinin işlək yollarına və Ukrayna-ABŞ strateji həmkarlığının genişləndirilməsinə xüsusi diqqət yetiriblər.
«Dmitri Kuleba və Entoni Blinken razılaşıblar ki, Moskva təcili olaraq təxribatları dayandırmalı, sərhəddə gərginliyi azaltmalı və Ukraynanın şərqində atəşkəsə sadiqliyini təsdiqləməlidir. Dövlət katibi yaranmış situasiyada Ukraynanın müdrikliyini və samballı davranışını xüsusi qeyd edib…»
Ukraynanın NATO-ya daxil olması məsələsi də müzakirə mövzularından olub.AzPolitika.info
Tarix: 14-04-2021, 11:44
Xəbəri paylaş



Xəbər lenti