Quran və bəzi başqa kitablar Navalnıya verilmir



Rusiyalı müxalif siyasətçi Aleksey Navalnı Vladimir bölgəsində Pokrov qəsəbəsindəki 2 saylı cəzaçəkmə müəssisəsini ona Quranı verməkdən imtina edildiyi üçün məhkəməyə verir. Bu barədə onun İnstaqram səhifəsində yazılıb.
“Kim cəzaçəkmə müəssisəmi ilk dəfə Quran səbəbiylə məhkəməyə verəcəyimi düşünə bilərdi. Məsələ budur ki, mənə Quranımı vermirlər. Bu da əsəbləşdirir. Məni həbsə salanda məhbəsdə olduğum dövrdə özümü inkişaf etdirmək üçün siyahı hazırlamışdım. Bunlardan biri Quranı və Peyğəmbərin sünnəsini dərindən öyrənmək və başa düşməkdir” – deyə, Navalnı yazıb.
Navalnının sözlərinə görə, o özü ilə kitablar gətirib və “çoxlu kitab” sifariş edib, amma indiyə qədər onların biri də ona verilməyib. Cəzaçəkmə müəssisəsində siyasətçiyə deyiblər ki, bütün kitabların ekstremizmlə əlaqəli olub-olmadığını yoxlamalıdırlar və bu, üç ay çəkəcək.
Navalnı bu ilin fevral ayının sonundan bəri Pokrov cəzaçəkmə müəssisəsində saxlanılır. Martın 24-də vəkilləri siyasətçinin səhhətinin kəskin pisləşməsi ilə bağlı məlumat veriblər. Daha sonra Navalnının özü İnstaqram səhifəsində bel ağrısı olduğunu bildirmişdi. Müxalifətçi həmçinin gecələr hər saat yoxlamalar səbəbi ilə “yuxusuzluqla işgəncə” edilməsindən də şikayətlənib.
Namaz qılmaq və Quran oxunmasına icazə verməmək Rusiya cəzaçəkmə müəssisələri və həbsxanaları üçün ənənəvi bir praktikadır. Məsələn, siyasətçi Boris Nemtsovun qətlində təqsirləndirilən beş nəfərdən biri olan məhkum Anzor Qubaşev namaz qılmasının qadağan olduğunu və cəzaçəkmə müəssisəsinin zabitlərinin Quranını cırdığını demişdi. Yaroslavlda 1 saylı islah müəssisəsinin keçmiş məhbusu axtarışdan sonra ona işgəncə verildiyini demişdi. O, koloniya zabitlərinin Quranı yerə atmasından qəzəblənmişdi.
Amerikanın səsi
Tarix: 14-04-2021, 09:46
Xəbəri paylaş



Xəbər lenti