1 milyon insan qorunma tədbirlərini heçə sayaraq bir araya gəldi - FOTOLAR

1 milyon insan qorunma tədbirlərini heçə sayaraq bir araya gəldi - FOTOLAR
Koronavirus epidemiyasından ən çox təsirlənən ölkələr arasında yer alan Hindistanda gündəlik yoluxma sayı ən yüksək səviyyəyə çatıb. Ancaq buna rəğmən təxminən 1 milyon insan qorunma tədbirlərini heçə sayaraq Kumbh Mela festivalını qeyd etmək üçün bir araya gəlib.
 
Moderator.az xəbər verir ki, Hindistanın Səhiyyə Nazirliyi tərəfindən edilən açıqlamaya görə, son 24 saatda 168 min 912 yeni yoluxma qeydə alınıb. Ümumi youxma sayı isə 13 milyon 527 min 717 olub.
 
Artan yoluxma və ölüm hallarına rəğmən ölkənin şimalındakı Haridvar şəhərində toplaşan insanlar Ganj çayının sularına girib. Yayılan fotolarda insanların qorunma tədbirlərinə məhəl qoymadan bir arada çaya girdikləri görülüb.
 
Qeyd edək ki, son 24 saat ərzində 904 nəfərin "Kovid-19" səbəbi ilə həyatını itirdiyi ölkədə ölənlərin sayı 170 min 179-a yüksəlib.740833
740837
Kamran
Tarix: 12-04-2021, 23:14
Xəbəri paylaş



Xəbər lenti