ABŞ-ın dövlət katibi Entoni Blinken və müdafiə naziri Lloyd Ostin bu həftə Belçikanın paytaxtı Brüsselə səfər edəcək.“Report” xəbər verir ki, bu barədə məlumatı “Reuters”ə ABŞ administrasiyasından bildiriblər.
Səfərdə məqsəd Avropa İttifaqının rəhbərliyi ilə Rusiyanın Ukraynaya qarşı fəaliyyətini, eləcə də İran və Əfqanıstandakı vəziyyəti müzakirə etməkdir.
Tarix: 12-04-2021, 21:49