Merkel peyvənddən niyə imtina edib?


Merkel peyvənddən niyə imtina edib?


 Almaniya Kansleri Angela Merkel vaksinasiya ilə bağlı müraciətini ləğv edib.
Unikal.org xəbər verir ki,  bu barədə “Bild” nəşri məlumat yayıb. Bildirilib ki, Merkel aprelin 11-də peyvənd olunmaq üçün müraciət etmişdi. Lakin müraciət bir müddət sonra ləğv edilib.
Ehtimal edilir ki, müraciət Xristian-Demokrat İttifaqı və Xristian Sosial Birliyinin iclası səbəbindən ləğv olunub.
Nəşrin məlumatına görə, Merkel keçmiş Berlin-Tempelxof aeroportunun ərazisində təşkil olunmuş tibb mərkəzində peyvənd olunmalı idi. Ona Britaniya-İsveç firmasının “AstraZeneca” peyvəndinin vurulması planlaşdırılırdı.
Tarix: 12-04-2021, 07:53
Xəbəri paylaş



Xəbər lenti