Türkiyə İtaliyadan hərbi helikopter almaqdan imtina etdi - Baş nazir Draginin həddini aşan açıqlamalarına görə



Türkiyə hökumət İtaliyanın “Leonardo” (keçmiş “Finmeccanica”) hərbi-sənaye konsorsiumundan Hərbi Hava Qüvvələri üçün təlim helikopterlərinin alınması ilə müqaviləni dayandırıb.
“La Repubblica” qəzetinin bazar günü yazdığı məlumata görə, 70 milyon avro dəyərində müvafiq müqavilənin bu günlərdə imzalanması gözlənilirdi. Lakin Türkiyə tərəfi İtaliyanın Baş naziri Mario Draginin həddini aşaraq Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla bağlı səviyyəsiz açıqlamalar verdiyi üçün  müqavilə təxirə salınıb .
Qəzetin yazdığına görə, AW169 maşınlarının köhnə “Agusta-Bell 206” modelini əvəz etməsi üçün imzalanmalı olan razılaşma İtaliya tərəfinə 150 milyon avroya qədər gəlir gətirə bilər. Nəşr iddia edir ki, İtaliyanın enerji sektoru da təhlükə altındadır.
Ankaranın Romanın rəsmi şəkildə üzr istəməsini tələb edir. 
Tarix: 11-04-2021, 16:14
Xəbəri paylaş



Xəbər lenti