Rusiya üçün Ukraynanın “kritik əhəmiyyətli” şəhərləri - Ukraynalı general sadalayıb



Ukrayna Təhlükəsizlik Şurasının (UTŞ) keçmiş sədr müavini, Ukrayna silahlı qüvvələrinin (USQ) generalı Sergey Krivonos özünün nöqteyi-nəzərincə, Rusiya üçün «kritik əhəmiyyət» daşıyan Ukrayna şəhərlərinin adlarını sadalayıb.
Onun sözlərinə görə, əgər bu ölkələr arasında tammiqyaslı hərbi münaqişə baş verərsə, Moskvanı hər şeydən əvvəl Odessa, Nikolayev, Mariupol, Melitopol, Zaporojye və Xarkov şəhərləri maraqlandıracaq.
RİA Novosti agentliyinin xəbər verdiyi kimi, Krivonos əmindir ki, Rusiya tərəfinə məhz bu şəhərlər vacibdir, nədən ki, onlarda aerodom var, aerodromlardan isə texnika daşımaq üçün istifadə etmək olar.
General ehtimal edir ki, situasiya belə inkişaf edə bilər - Rusiya ordusu separatçılarla birlikdə Donbasa yayındırıcı zərbə endirər. Bu zaman Xarkov, Çerniqov və Sumsk vilayətləri «cəbhənin çılpaq hissəsi»nə çevrilər.
General həm də proqnoz edir ki, Rusiya xüsusi xidmətləri və təbliğatçıları da ölkəni daxildən sarsıtmağa cəhdlər göstərəcək.
AzPolitika.info
Tarix: 11-04-2021, 09:46
Xəbəri paylaş



Xəbər lenti