Ukrayna: “Donbasda müharibəyə hazır olmalıyıq, bu barədə məlumatlar var”




Ukraynanın Prezident Administrasiyası Donbasla bağlı növbəti açıqlamanı yayıb.
Yeniavaz.com
xarici KİV-ə istinadla xəbər verir ki, məlumatda Donbasda vəziyyətin gərginləşdiyi bildirilib:
“Təəssüf ki, biz hərbi qarşıdurmanın kəskinləşəcəyini gözləməliyik. Bu məlumatlar müvafiq Ukrayna strukturlarında var. Biz də məlumatlarımızı qiymətləndirib tərəfdaşlarımıza çatdırırıq”.
Məlumatda həmçinin qeyd olunur ki, vəziyyət gərginləşəndən sonra Ukrayna prezidenti Vladimir Zelenski ABŞ prezidenti Cozef Bayden, İngiltərə baş naziri Boris Conson, NATO Baş katibi Yens Stoltenberq, Kanada baş naziri Castin Trudeu ilə telefon danışıqları aparıb. 
Tarix: 9-04-2021, 21:35
Xəbəri paylaş



Xəbər lenti