"İtaliya Baş nazirinin Prezidentimiz haqqında çirkin ifadələrini özünə qaytarırıq" - Çavuşoğlu


"İtaliya Baş nazirinin Prezidentimiz haqqında çirkin ifadələrini özünə qaytarırıq" -       Çavuşoğlu
İtaliya səfiri Türkiyə XİN-ə çağırılıb
 
“İtaliyanın Baş naziri Mario Draghinin qəbuledilməz populist ifadələrini və seçilmiş Prezidentimiz haqqında çirkin və əsassız açıqlamalarını qətiyyətlə qınayırıq”.
 
AYNA xəbər verir ki, bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu “twitter” səhifəsində paylaşıb.
 
Nazir İtaliyanın Baş naziri Mario Draghinin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan haqqında dediyi “diktator” ifadəsinin onun özünə aid olduğunu bildirib. 
 Qeyd edək ki, İtaliyanın Baş naziri keçirilən mətbuat konransında Avropa Komissiyası Prezidenti Ursula von der Leyenin Ankarada R.T.Ərdoğanla görüşərkən ayaq üstə qalmasına aid görüntülərlə bağlı sualı cavablandırarkən Türkiyə Prezidenti haqqında “diktator” ifadəsini işlədib.
 
Məsələ ilə bağlı İtaliyanın Ankaradakı səfiri Massimo Gaiani da Türkiyənin Xarici İşlər Nazirliyinə çağırılıb.
Tarix: 9-04-2021, 09:49
Xəbəri paylaş



Xəbər lenti