Putinin “qiyamət günü” silahı – ABŞ sahillərində sunami yarada bilər



Rusiyanın Şimal qütbündə "Poseydon" adlı nüvə torpedosunun sınaqlarını davam etdirdiyi məlum olub.

“AzPolitika.info” xəbər verir ki, Rusiya mətbuatında yer alan məlumatlara görə, sınaqlar fevral ayında başlayıb və bu il boyu davam edəcək.

Xatırladaq ki, keçən illərdə Putin “ölümcül” bir silah hazırladıqlarını elan etsə də, ABŞ başda olmaqla, Qərb dünyası bunu növbəti blef kimi şərh etmişdi. Lakin yaxın günlərdə buzlaqların əriməsindən sonra Rusiyanın qütb bölgəsində illər əvvəl inşa etdiyi hərbi bazanı əhəmiyyətli dərəcədə genişləndirməsi və gizli hərbi sınaqlar keçirməsi aşkar olunub. Qeyd edək ki, rəsmən “2M39” olaraq adlandırılan "Poseydon" dünyanın ən böyük torpedosu kimi xarakterizə olunur və onun ABŞ sahillərində sunami yaratmağa qadir olduğu deyilir.


“İngilis Daily Mail” qəzetindəki xəbərdə isə bildirilir ki, V.Putin “2M39”-un 2022-ci ilin yayına qədər Şimal qütbündə tamamilə yerləşdirilməsini və sınaqlarının bitməsini planlayıb.



Tarix: 8-04-2021, 21:48
Xəbəri paylaş



Xəbər lenti