Putin 2036-cı ilə qədər hakimiyyətdə qalmasına yol açan qanun layihəsi imzalayıb
Rusiya Prezidenti Vladimir Putin 2036-cı ilə qədər hakimiyyətdə qalmasına yol açan mübahisəli bir qanun layihəsini imzalayıb. Bu yaxınlarda parlamentin Aşağı və Yuxarı Palatalarıın təsdiqlədiyi qanun layihəsini keçən il seçicilər tərəfindən təsdiqlənmiş konstitusiya dəyişiklikləri ilə uyğunlaşdırılıb. Konstitusiya dəyişikliklərindən biri Putinin prezidentlik müddətinin limitsiz olmasına, mövcud səlahiyyət müddəti 2024-cü ildə bitdikdən sonra və istəsə 2030-cu ildə yenidən seçilməsinə imkan verir. Mövcud seçki qanunlarına görə, bir prezidentin ardıcıl üçüncü dəfə altı il müddətinə seçilməsi qadağandır. Putin hazırda prezidentliyinin ardıcıl ikinci altı illik müddətindədir. Konstitusiya dəyişikliklər 1999-cu ilin sonlarından bəri ölkəni baş nazir və ya prezident olaraq idarə edən 68 yaşlı Rusiya lideri tərəfindən 2020-ci ilin yanvarında edilib. Konstitusiyaya keçən ilin yayında ümummilli səsvermə yolu ilə edilən düzəlişlər Moskvada hüquq-mühafizə orqanları tərəfindən dağılan etirazlara səbəb olub. Keçən ay müstəqil Levada Mərkəzinin keçirdiyi rəy sorğularına görə, rusiyalıların 41 faizi 2024-cü ildə prezidentlik müddəti bitdikdən sonra Putinin hakimiyyətdə qalmasını istəmir. Amerikanın səsi