Gürcüstanın maliyyə naziri “Qırmızı Körpü”yə gəldi


Gürcüstanın maliyyə naziri “Qırmızı Körpü”yə gəldi
Qonşu ölkə quru sərhədlərini açmaq niyyətindədir
 
Gürcüstan qonşu ölkələrlə quru sərhədlərini açmaq istəyir. AYNA xəbər verir ki, bu barədə Gürcüstanın maliyyə naziri Laşa Xuçişvili Gürcüstan-Azərbaycanın sərhədində yerləşən “Qırmızı Körpü” Sərhəd Keçid Məntəqəsini ziyarət edərkən deyib.
 
Nazirin sözlərinə görə, hökumət hesab edir ki, quru sərhədlərinin açılması iqtisadiyyatın sürətli inkişafına təkan verəcək: “Qaydalara riayət etmək və peyvəndləmə prosesində fəal iştirak etmək sərhədləri açmağa imkan verəcək. Bu gün, hava sərhədləri ilə birgə quru sərhədləri də açmağa imkan verəcək tövsiyələrə ciddi şəkildə riayət etmək və peyvənd prosesində fəal şəkildə iştirak etmək çox vacibdir”.
Tarix: 5-04-2021, 23:18
Xəbəri paylaş



Xəbər lenti