Zelenski Donbasda vəziyyətin kəskinləşməsi haqda - "Hər cür təxribata cavab verməyə hazırıq"



Ukrayna Prezidenti Vladimir Zelenski Rusiyanı Donbasda "əzələ nümayişində" günahlandırıb. Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bu barədə Zelenski sosial şəbəkə hesabında yazıb.
Dövlət başçısı bəyan edib ki, Donbasda münaqişə vəziyyəti kəskinləşib. Onun fikrincə, Rusiya danışıqlarda təzyiq atmosferi yaradır: "Hərbi təlimlər və sərhəd boyunca mümkün təxribatlar formatında olan əzələ oyunu Rusiyada ənənəvi bir haldır".
Bundan başqa, Zelenski Ukraynanın hər cür təxribata cavab verməyə hazır olduğunu əlavə edib.
Tarix: 2-04-2021, 10:07
Xəbəri paylaş



Xəbər lenti