Ukrayna Xarici İşlər Nazirliyi Krımda və Sevastopolda Rusiya Silahlı Qüvvələrinin hərbi çağırış kampaniyasına etiraz edib.
Pravda.az xəbər verir ki, rəsmi protest Ukrayna XİN-in saytında dərc olunub.
“Ukrayna Xarici İşlər Nazirliyi, Rusiya Federasiyası tərəfindən hərbi cinayətin törədilməsinə - Krım Muxtar Respublikasının müvəqqəti işğal olunmuş ərazilərində və Sevastopol şəhərində yaşayan Ukrayna vətəndaşlarının Rusiya Silahlı Qüvvələrinə hərbi çağırışa cəlb edilməsinə etirazını bildirir”, - deyə protestdə bildirilir.
Həmçinin, Ukrayna XİN beynəlxalq ictimaiyyəti Rusiyanın bu addımına qarşı müvafiq qiymət verməyə və ona qarşı siyasi-diplomatik təzyiqi artırmağa çağırıb.
Qeyd edək ki, Rusiyada hərbi xidmətə yaz çağırışı başlayıb.
Tarix: 2-04-2021, 08:18