Bu ilin fevral ayında Gürcüstana səfər edən beynəlxalq ziyarətçilərin sayı illik müqayisədə 89,5 % azalıb. “Report”un yerli bürosu xəbər verir ki, bu barədə ölkənin Milli Bankının aylıq hesabatında bildirilib.Ziyarətçilərin 88,5 %-ni turistlər təşkil edib ki, onların da sayında ötən ilin eyni dövrünə nisbətdə 86,1 % azalma qeydə alınıb.
Sənədə əsasən, ötən ay region ölkələri arasında Azərbaycan (-95,8 %), Ermənistan (-89,9 %) və Rusiyadan (-94,4%) yollanan ziyarətçilərin sayında kəskin azalma müşahidə olunub.
Tarix: 31-03-2021, 23:02