Pakistanın Şimali Vəziristan bölgəsindəki Bəlucistan əyalətində iki terror hücumu nəticəsində 12 xüsusi xidmətin əməkdaşı və hərbçisi həlak olub.
Publika.az TASS-a istinadla xəbər verir ki, bu barədə Pakistan radiosu məlumat yayıb.
Ölənlərdən altı nəfər Qvadar adlanan rayonda naməlum silahlıların dövlətə məxsus "Oil & Gas Development Company Ltd" (OGDCL) şirkətinin maşın karvanına hücum etməsi nəticəsində, digər altı hərbçi isə Razmak adlanan ərazidə partlayıcının işə düşməsi nəticəsində həlak olublar.
Cinayətkarların axtarışı davam edir.