“Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinin mənfi təsiri artıq onun iqtisadiyyatının bütün sahələrində özünü göstərir”.
Pravda.az xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorun müavini Ramil Hüseyn deyib.
O bildirib ki, Ermənistanın kütləvi informasiya vasitələrində yayılan məlumata görə, bu ölkənin üzümçülük sektorunda ciddi problemlər yaşanır: “Ermənistanda hərbi səfərbərliyin davam etməsi üzüm emalı zavodlarının tam gücü ilə işləməsini əngəlləyib. Nəticədə emal müəssisələri aldıqları üzümün qiymətini kəskin ucuzlaşdırıblar.
Hazırda Ermənistanda emal müəssisələri üzümün bir kiloqramını 90 drama (0.18$) və ya ondan daha aşağı qiymətə alır. Alternativ satış imkanı olmayan fermerlərdə isə emal müəssisələrinin şərtlərini qəbul etməyə məcburdu və onlar məhsullarını maya dəyərindən də ucuz satmalı olurlar. Nəticədə Ermənistanda üzüm istehsalçıları müflisləşirlər”.
O qeyd edir ki, ötən il Yerevan Konyak Zavodu üzümün bir kiloqramını topdan 140-150 drama alırmış: “Bu isə o deməkdir ki, müharibənin təsiri ilə Ermənistanda üzümün qiyməti 40 faizə qədər ucuzlaşıb və Ermənistan fermerləri ciddi zərərlə üzləşiblər. Bu isə həm də ondan xəbər verir ki, emal müəssisələrinin tam gücü ilə işləməməsi səbəbindən növbəti ildə Ermənistanın spirtli içkilər ixracında da ciddi azalma ola bilər.
2019-cu ildə Ermənistanın ixracının 11 faizə qədərini spirtli içkilər təşkil edib. Göründüyü kimi Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçı müharibənin təsirlər bu ölkənin iqtisadiyyatını çökdürməkdədir. Artıq Ermənistanda vətəndaşlar həyatın bütün sahələrində müharibənin acısını hiss edir və bunun getdikcə böyüyərək işğalçı dövləti fəlakətə sürükləyəcəyi qaçılmazdır”.
Tarix: 15-10-2020, 15:13