İran islam rejiminə qarşı dinc şərhlərlə çıxış edən qadın haqları müdafiəçisi Jila Kərəmzadə Makvəndi yenidən həbsə məhkum edilib.Ötən ay Amerikanın Səsinə müsahibəsi zamanı Makvəndiyə yaxın bir mənbə onun hökumət əleyhinə küçə nümayişlərində iştirakı və sosial mediadakı şərhlərinə görə 6 il müddətinə azadlıqdan məhrum edildiyini bildirib.
Mənbə deyib ki, İnqilab Məhkəməsinin Tehran şöbəsi hökmlə bağlı qərarı Makvəndi və onun vəkilinə sentyabrın 28-də açıqlayıb.
Makvəndinin vəkillərindən biri Babək Paknia bu barədə oktyabrın 4-də tvit hesabında məlumat yayıb.
Hakim Seyid Əli Məzlum Makvəndinin 5 il həbsxanada qalmasına, qalan müddətin isə apellyasiyadan asılı olaraq pul müqavilində azadlığa buraxılmasına dair hökm çıxarıb.
Hökm Makvəndinin 2019-cu ildə 20 gün ərzində həbsdə saxlandıqdan sonra pul girovu müqabilində azad edilməsindən sonra çıxarılıb.
Paknia hökmlə bağlı sentyabrın 29-da Apellyasiya Məhkəməsinə müraciət edib.
İranın Ensaf xəbər agentliyi oktyabrın 5-də müxalif İnsan Haqları Xəbər Agentliyinə (HRANA) istinadla Makvəndinin cəzası barədə məlumat yayıb.
Lakin İranın dövlət mediasında rəhbərlik tərəfindən onun işi ilə bağlı rəsmi bir məlumat, Apellyasiya Məhkəməsinin Makvəndinin cəzasını nə vaxt nəzərdən keçirəcəyi barədə də heç bir açıqlama verilməyib.
Mənbə Amerikanın Səsinə bildirib ki, Makvəndi keçən ilin noyabr ayında yanacaq qiymətlərinin artmasına etiraz olaraq İranı bürümüş hökumət əleyhinə nümayişlərdə iştirak etdiynə görə həbs edilmişdi.
Mənbə 20 gün həbsdə olduğu müddətdə Makvəndinin islamçıların qadınları ictimai yerlərdə hicab taxmağa məcbur edən qaydası ilə bağlı sosial şəbəkələrdəki yazıları barədə də sorğu-sual edildiyini bildirib. Makvəndi tənqidləri İnstaqram və Telegramda yayılmışdı.
Amerikanın Səsinə bildirilib ki, hakim Məzlum tərəfindən fevral ayında sui-qəsd və təbliğat ittihamı iləi altı il həbs cəzasına məhkum edilən Makvəndi və Paknia onun yenidən mühakimə olunması üçün İranın məhkəmə orqanlarına müraciət edib.
Sentyabrın 7-də bir günlük prosesdə mənbə eyni hakimin eyni hökmü çıxardığını və vəkilin məhkəmə prosesinin ədalətsiz olduğu iddiasına məhəl qoymadığını bildirib.
Hökm apellyasiya instansiyasında təsdiqlənsə, bu, Makvandinin son on ildə ikinci həbsi olacaq. Daha əvvəl o, İranın sabiq prezidenti Mahmud Əhmədinejadın 2009-cu ildə yenidən seçilməsinə qarşı nümayişlərdə iştirak etdiyi üçün 2011-ci il dekabr ayının sonundan 2013-cü ilin sentyabr ayına qədər 20 ay həbs cəzası çəkib.
Neqativ.com
Tarix: 15-10-2020, 08:57