“Kimi gözləyirsiniz, hamıya yalvarın” - Ermənilər Paşinyana SƏSLƏNDİ



Ermənistanın baş naziri Nikol Paşinyan özünün sosial şəbəkə hesabından xalqa müraciət edir.
Yenisabah.az xəbər verir ki, bu barədə paylaşım edəndən sonra çoxsaylı şərhlər gəlib. Gələn şərhlərin çoxunda xalqın Paşinyan hakimiyyətinə etirazı açıq-aydın görünür.İtkilərin miqyasına görə əsgər analarının və bütün cəmiyyətin yeni etiraz aksiyalarına başlaması üçün çağırışlar edilir və bu təkliflər böyük dəstək qazanır.
Erməni analar Paşinyana “Əsgərlərimizin tökülən qanının hesabını verəcəksən,danışmaq yerinə iş gör”, “Xalqa müraciətinizi yox, istefa mətninizi eşitmək istəyirik. Hakimiyyətiniz boyu Ermənistana ancaq ziyan vurmusunuz”, “Övladlarımızı xilas edin, sülh gətirin”, “Qüruru bir kənara qoymaq lazımdır. Kimi gözləyirsiniz, hamıya yalvarın, bizim övladlarımız haradadır? Niyə qayıtmırlar?” kimi rəylər yazıblar.
Tarix: 14-10-2020, 15:01
Xəbəri paylaş



Xəbər lenti