Svetlana Tixanovskaya Aleksandr Lukaşenkoya ultimatum verdi


Belarus prezidentliyinə keçmiş namizəd Svetlana Tixanovskaya dövlətin hazırkı başçısı Aleksandr Lukaşenkoya ultimatum verib.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, o bunu özünün telegram-kanalına səsləndirib.
Belaruslu müxalifətçi ölkədə baş verən son hadisələri dövlət terroru kimi qələmə verib.
“Müxalifət dəfələrlə dialoqa hazır olduğunu bilridib. Lakin dəmir barmaqlıqlar arasında dialoq olmur. Aleksndr Lukaşenko öz gələcəyini məhv edir və üstəlik Belarus xalqını da ardınca sürükləyir”,deyə o yazıb.
“Bu ilin oktyabrın 25-də biz ona xalq ultimatumunu elan edəcəyik. Rejim öz öhdəliklərini icra etməsi üçün 13 gün vaxtı qalıb”,-deyə Svetlana Tixanovskaya qeyd edib.
Onun sadaladğı tələblər arasında Aleksandr Lukaşenonun istefa verməsi, küçə zorakılğının dayandırılması, siyasi dustaqların azad olunması kimi şərtlər yer alıb.
“Əgər hakimiyyət bunları yerinə yetirməsə bütün ölkə dinc şəkildə xalq ultimatumu ilə küçələrə çıxacaq, oktyabrın 26-da bütün müəssisələrdə tətil başlanacaq, insanlar yolları kəsəcək, dövlət mağazalarında isə satışlar dayanacaq”,-deyə S.Tixanovskaya sonda vurğulayıb.
Tarix: 13-10-2020, 20:14
Xəbəri paylaş



Xəbər lenti