Ermənistanda bir qalmaqallı istefanın pərdəarxası - Paşinyanın “qara günləri” başlayır


Ermənistan Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Arqişti Karamyan istefa verib. Sentyabrın 27-dən etibarən ermənilərin təxribatından sonra Qarabağ cəbhəsində başlanan və bu gün də müharibənin getdiyi bir vaxtda düşmən ölkədə belə bir istefanın reallaşması müxtəlif aspektlərdən şərh edilir.
Döyüşlərin indiki qızğın çağında, ermənilərin darmadağın edildiyi, Azərbaycan Ordusunun cəbhədə uğurla irəlilədiyi bir vaxtda ən strateji postun sahibinin istefası Ermənistanda hakimiyyət böhranı kimi daha çox qiymətləndirilir. Əksər ekspertlər hesab edirlər ki, “öz qurduğu tora düşən” erməni baş nazir Nikol Paşinyanın komandasında belə istefalar bundan sonra da, hətta onun özünə qədər davam edəcək. 
Deputat, politoloq Arzu Nağıyev bu istefanı bir neçə istiqamətdən dəyərləndirdi: “Burada birinci vacib məsələ var. Bu da onunla bağlıdır ki, 29 yaşında qəflətən general rütbəsi almış şəxsin ora təyinatı məlum məsələ idi ki, təkcə Ermənistanda deyil, digər dövlətlərdə də qıcıq yaradacaq. Sirr deyil ki, o, müəyyən prosesur vasitəsilə həmin vəzifəyə təyin olundu və bir il müddətinə general rütbəsi alaraq ciddi bir quruma rəhbər qoyuldu. Deməli, burada hər zaman olduğu kimi Soros Fondunun rolunun olması birmənalı şəkildə var idi. Çünki bu şəxs heç bir gün belə xüsusi xidmət orqanlarında işləməyərək, təcili surətdə o vəzifəyə təyin edilmişdi. Digər tərəfdən, bu istefa son vaxtlar cəbhədəki məğlubiyyətlərin boyuna alınmasıdır. Məğlubiyyət bundan ibarətdir ki, döyüş zonalarında postları ermənilər qoyub qaçırlar və bunun günahkarı xüsusi xidmət orqanının rəhbəri görülür. Baxmayaraq ki, ermənilərin sürətlə geri çəkilmələrinə, qaçmalarına Ermənistan iqtidarı bəhanələrlə müxtəlif don geyindirir. Kütləvi İnformasiya Vasitələrində belə xəbərlər gedir ki, guya Rusiya bunu işdən çıxarıb. Bu absurd məsələdir. Çünki xüsusi xidmət orqanına rəhbər təyin edilməsi və həmin şəxsin işdən çıxarılması idarəedici orqandan, yəni rəhbərdən asılıdır. Ona görə də, düşünürəm ki, burada əsas amil əvvəldə qeyd etdiklərimdir”.
Arzu Nağıyev: Tovuz sakinləri bir daha əmin oldu ki, dövlət istənilən vaxt  öz vətəndaşının yanındadır - Sonxeber.net
Arzu Nağıyev: “Bu, hakimiyyət böhranının başlanğıcı deyil, davamıdır”
Deputat bu istefanı hakimiyyət böhranı sayır: “Hesab edirəm ki, müharibə gedə-gedə çox ciddi bir qurumun rəhbərini vəzifəsindən azad edirlərsə, bu artıq hakimiyyət böhranının başlanğıcı deyil, davamı deməkdir”.
Elçin Mirzəbəyli: İlin sonunda bu göstəricilər daha yüksək olacaq
Elçin Mirzəbəyli: “Paşinyanın parlamentdəki deputatları da məhz bu səbəbdən istefa verirlər”
Siyasi ekspert, əməkdar jurnalist Elçin Mirzəbəylinin isə fikirləri bir qədər fərqlidir: “Məlum olduğu kimi, Ermənistanın Milli Təhlükəszilik Xidmətinin rəhbəri bu il iyunun 8-də vəzifəyə təyin olunmuşdu və mətbuata açıqlamasında ”Sorosun fəaliyyətinin Ermənistana təhlükə yaratdığını" dediyinə görə vəzifəsindən uzaqlaşdırılan Artur Vanetsyanı əvəz etmişdi. “Soros” Fondu ilə yaxın əlaqələri olan Arqişti Karamyanın istefaya göndərilməsində isə maraqlı məqamlar var. Ermənistan mətbuatının yazdığına görə, Karamyan Xankəndində yaşayan sıradan bir erməninin Ermənistan ordusunun məğlubiyyəti ilə bağlı səsləndirdiyi fikirlərə görə vəzifəsindən uzaqlaşdırılıb. Guya həmin sıradan bir Xankəndi sakini ön cəbhədə olan əsgərləri öz postlarını tərk etməyə çağırıb və bildirib ki, onları “ətçəkən maşın”a göndəriblər. Karamyanın istefaya göndərilməsindən sonra bəlli olub ki, həmin o sıradan bir sakin belə bir söz deməyib. Əslində bu mənzərənin özü də Ermənistandakı siyasi proseslərin nə qədər bəsit olduğunu göstərir. Bu adamlar dövlət səviyyəsində bazar söhbəti edirlər. Siyasətləri də uydurduqları tarixləri kimidir. Məsələn, “hansısa Vartan hansısa əsrdə, hansısa kitabda yazıb ki, hansısa ərazilərdə hansısa ”böyük Ermənistan" dövləti. Yaxud, “Kak qovaril odnorukiy, dlinnonosıy Sasun Mudrıy...”. Kəsəsi, cəfəngiyatdır.
Bəzi erməni KİV-ləri isə Karamyanın istefaya Kremlə yarınmaq üçün məcbur edildiyini bildirirlər. Bütün bu mülahizə və iddialara rəğmən, istefanın Ermənistanın hakim partiyasındakı parçalanmalardan xəbər verdiyi göz önündədir. Paşinyanın parlamentdəki deputatları da məhz bu səbəbdən istefa verirlər"./“Yeni Müsavat”/


Tarix: 10-10-2020, 09:52
Xəbəri paylaş



Xəbər lenti