Rəcəb Tayyib Ərdoğan
Fransanın Le Monde qəzeti Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı Putin və Trampla qarşı- qarşıya qoymaq üçün əlindən gələni edir. Makron Ərdoğanın qarşısında təkbaşına duruş gətirə bilməyəcəyi üçün müxtəlif təxribatçı yazılarla dünya liderlərini Ərdoğana qarşı qaldırmağa çalışır.
Bu günlərdə Le Monde qəzetində çıxmış bir yazı “Ərdoğanın Putin və Trampla zarafat edir” adıyla yayımlanıb. Ankaranın Dağlıq Qarabağ məsələsində Bakıya yol göstərdiyini deyən yazar Ərdoğanın Dağlıq Qarabağla bağlı dünya liderlərinə meydan oxuduğunu vurğulayıb.
“Ərdoğan Dağlıq Qarabağ savaşı mövzusunda Azərbaycana dayaq durur, üstəlik nə Moskvadan, nə Vaşiqntondan qorxur, o dünya liderlərinə meydan oxuyur. Ərdoğanın bu hərəkəti Kremli tərəddüdə salıb”.
Tarix: 9-10-2020, 14:08