Kremldən Paşinyanla bağlı yeni AÇIQLAMA


Kremldən Paşinyanla bağlı yeni AÇIQLAMA

“Rusiya Prezidenti Vladimir Putin Ermənistanın Baş naziri Nikol Paşinyanla müntəzəm dialoqa davam edəcək”.
Cebhe.info xəbər verir ki, bunu Rusiya liderinin mətbuat katibi Dmitri Peskov deyib.
Onun sözlərinə görə, Ermənistan Xarici İşlər nazirinin Rusiyaya səfəri hələ ki, planlaşdırılmır.
"Bilrisiniz ki, Ermənistan Xarici İşlər naziri Mnatsakyanın həmkarı Lavrovla xüsusi dialoqu var.
Həmçinin Putin Paşinyanla müntəzəm telefon danışığı aparır. Bu dialoq davam edəcək”, - deyə Peskov jurnalistlərə açıqlamasında bildirib.
Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirmişdi ki, Rusiya Xarici İşlər naziri Sergey Lavrov oktyabrın 12-də erməni həmkarı Zöhrab Mnatsakanyanla danışıqlar aparacaq.
Tarix: 8-10-2020, 15:19
Xəbəri paylaş



Xəbər lenti