5,5 milyonluq saat, həyətində araq zavodu - Paşinyan erməni xalqını necə xilas edəcək?

Bildiyiniz kimi, Ermənistanın baş naziri Nikol Paşinyan bu yaxınlarda qısamüddətli məzuniyyətdən qayıdıb. Onun və ailə üzvlərinin məzuniyyətdəki macəraları haqqında kimlər danışmayıb?! At gəzintiləri, mehriban ər-arvad görüntüləri, Anna Akopyanın yeni aldığı 5,5 milyon ABŞ dolları qiymətində saatı, üstəlik də qızarmış sifəti və bərpa olunmuş sağlamlığı! Ay, maşallah, göz dəyməsin!
Görən, nazirin yenidən cavanlaşmasının sirri nədədir? Sağlam yemək? Atçılıq? Mehriban və sədaqətli həyat yoldaşı? Bu sirrin açılması üçün “MediaPost” erməni KİV-ə üz tutub və tapmacanın cavabını tapıb.
Sən demə, cavab çox asan və sadə imiş: hakimiyyətdə olduğu müddətdə varlıların həyat tərzinə uyğunlaşmış Paşinyanın “cavanlıq mənbəyi” onun həyətində cecə arağının çəkilməsi üçün qurulmuş mini-zavod imiş! Bəli, səhv eşitmədiniz!
Belə ki, sosial şəbəkələrin erməni istifadəçilərinin səhifələrində baş nazirin şəxsi həyətində çəkilmiş fotolar paylaşılır. Şəkillərdən görünür ki, həm Paşinyanın özü, həm də onun ailə üzvləri və dostları araq içməyə meyllidirlər. Amma maraqlısı odur ki, öz xalqına içki içməyi məsləhət görməyən (başqa sözlə, qadağan edən) baş nazir heç də özü gördüyü məsləhətə əməl etmir. Lakin bundan da maraqlısı var, o da Paşinyanın kənd camaatına içki içməyə qadağa qoymasının səbəbidir. Sən demə, içkiyə meylli kənd camaatı öz pullarını içkiyə xərcləməklə dövlət büdcəsinə ödəniləcək əmlak vergisini verə bilmirlər. Gülünc və absurd vəziyyət – Nikol Paşinyan öz evinin həyətində cecə qurğusunu quraşdırmazdan əvvəl heç olmasa, öz absurd qadağasını göz önünə gətirməli idi.
Baş nazir sayları get-gedə azalmaqda olan ermənilərin qeydinə qalmır? Deyəsən, Paşinyanı puldan savayı heç nə maraqlandırmır. Görəsən, bu şəkilləri görəndə həmin ayıq kənd camaatı nə deyəcək? Onlar da baş nazirləri kimi dövlət hesabına yeyib-içsəydilər, cecə arağından vurub absurd qərarları rahatlıqla qəbul edərdilər.
Həqiqətən də, Paşinyanın və onun həyat yoldaşı Anna Akopyanın iştahı yaxşıdır, yoxsa, ayıq adamın bir qol saatına 5,5 milyon ABŞ dolları verməyə əli gəlməz. Yeganə yol araqdan içib özünü itirməkdir. Nikol Paşinyanın etdiyi kimi.
Tarix: 3-10-2020, 15:17
-
Bu gün, 10:08
Tuqay meşələri məhv olur: "Kürqırağı fermalar prosesi sürətləndirir"
-
Bu gün, 09:32
Peşə Təhsili Agentliyi ilə bağlı skandal: Şəxsi münasibətlərlə təyinat aparılıb? - İDDİA
-
Bu gün, 09:27
Tanınmış aktyor ADY-dan narazı qaldı: “Yekə adamlarsız”
-
Dünən, 23:21
Səhiyyə Nazirliyi vakansiyalarla bağlı məlumat yaydı: İnanmayın!
-
Dünən, 22:46
Xaricdə pulsuz olan dövlət universitetləri Azərbaycanda niyə pulludur?
-
Dünən, 22:44
“Azərsun”un sığındığı professor, mənimsənilən kapital və... - “Daşlı Bulaq” suyundakı 20 min manatlıq şübhəli əməliyyat
-
Dünən, 22:42
İcra Hakimiyyəti “ərazi satılmayıb” dedi – Bəs gimnaziyanın stadionundakı köşklər niyə götürüldü?
-
Dünən, 22:39
Səhiyyə Nazirliyinin tabeliyindəki qurum “Avromed”ə 1.7 milyon ödəyəcək
-
Dünən, 22:36
QHT-lərə Dövlət Dəstəyi Agentliyində saxta imza niyə araşdırılmır? -Cavabsız suallar dolu sükut davam edir...
-
Dünən, 22:34
117 saylı bağçada "ölü canlar" şəbəkəsi -İDDİA/VİDEO
-
Dünən, 22:31
Saleh Məmmədovun Müseyib Həmzəyevlə Almaniyada şərikli biznesi -DETALLAR
-
Dünən, 17:15
Taliban rejiminə qarşı yeni hərbi əməliyyatlara başlayıb - General Sadat kimdir və ya o, nə istəyir? (TƏHLİL)
-
Dünən, 16:50
Çimərlikdə istirahət edərkən PUA ilə vuruldular - Ölənlər var(VİDEO)
-
Dünən, 13:12
Azərbaycanda vergi işçiləri həbs edildi
-
Dünən, 13:09
İcra məmurunun “çay fərmanı”: Ya desert, ya “paşol”…
-
Dünən, 12:52
40 yeni qırıcı, milyardlarla dollarlıq müqavilə: "Forbes" Azərbaycandan yazdı
-
Dünən, 12:03
İki ay əvvəl işdən çıxarılan rəisə – Cinayət işi açıldı
-
Dünən, 11:58
Xəbərləri olmadan 3 nəfərin adına şirkət açıldı, milyonlarla manat borc yarandı (VİDEO)
-
Dünən, 10:13
Azərbaycan pasportu ilə vizasız gedə biləcəyimiz ölkələr (SİYAHI)
-
Dünən, 10:06
Yaqub Hüseynovun "Qaynana" restoranında QALMAQAL: Narazı qalan türkiyəli qonaq çağırış etdi + VİDEO
-
Dünən, 09:49
Əkrəm Həsənov: “Qeyri-şəffaf insanlar bizə şəffaflıq dərsi keçir”
-
2-08-2026, 23:22
"Yaşayan Nostradamus" növbəti hadisələrin proqnozunu verdi
-
2-08-2026, 23:04
Pakistanda terror törədildi - Xeyli sayda ölən və yaralanan var
-
2-08-2026, 17:50
Rusiya 1900 dron, 1600 KAB və 144 raketlə HÜCUMA KEÇDİ – 16 vilayət VURULDU
-
2-08-2026, 14:09
Hərbi əməliyyatlar üçün hazırlıq başladı – Yeni müharibə qaçılmazdır
-
2-08-2026, 10:20
Bahar Enerji Əməliyyat Şirkəti Bahar dövlət büdcəsini, pulları nəyə xərcləyir?
-
1-08-2026, 23:02
Xəstələr dərmanları pulsuz nə vaxt alacaqlar?
-
1-08-2026, 21:19
ŞOK İDDİA: "Atlant" İstirahət Mərkəzində istirahət kabusa çevrildi?
-
1-08-2026, 20:38
Masallıda zibil poliqonundakı yanğın taxıl sahələrinə keçdi
-
1-08-2026, 20:31
“İllərlə yaratdığım biznesi əlimdən aldılar” – Köhnə şəhərdə təzə oyunlar