Paşinyan hökuməti Əfqanıstandan da inciyib - Qarabağın Azərbaycana aid olduğunu bildirdiyi üçün



Rusiya KİV-ləri xəbər verirlər ki, Əfqanıstan Xarici İşlər Nazirlyinin (XİN) Dağlıq Qarabağ münaqişəsindən dolayı narahatlığını ifadə etməsi və «mübahisəli ərazinin» beynəlxalq səviyyədə Azərbaycana aid olduğunu bildirməsi İrəvanı incik salıb.
Ermənistan Milli Məclisi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) katibliyinə müraciət edərək, Əfqanıstanın bu təşkilatdakı müşahidəçi statusunun ləğvini xahiş edib. Bu barədə oktyabrın 2-də Əfqanıstanın «Ariana Nyus» teleşirkəti xəbər verib.
Şirkət qeyd edir ki, Kabul yalnız qarşıdurmanın dayandırılmasına çağırıb və bəyan edib ki, «Azərbaycan xalqının və hökumətinin, habelə dünyanın digər ölkələrinin bu istiqamətdəki səylərini dəstəkləyir».
Buna baxmayaraq, Ermənistan Milli Məclisinin spikeri Ararat Mirzoyan hesab edir ki, Əfqanıstan bununla Dağlıq Qarabağa qarşı «Türkiyə-Azərbayan təcavüzünü dəstəkləyib».
Həyasılığa bir baxın - özgənin ərazisinə təcavüz edən, qonşusunun ərazisinin 20 faizini uzun illərdir işğal altında saxlayan bu yaramazlar indi sağa-sola mırıldayır, digər ölkələrdən təcavüzə dəstək umurlar.
AzPolitika.info
Tarix: 3-10-2020, 08:57
Xəbəri paylaş



Xəbər lenti