NATO-nun Baş katibi Yens Stoltenberq Gürcüstanı alyansın üzvlyünə hazırlıq istiqamətində mümkün olan hər şeyi etməyə çağırıb.Bu barədə o, Gürüstanın Baş naziri Georgi Qaxariya ilə görüşdən sonra Brüsseldə keçirdiyi mətbuat konfransında bəyan edib.
«Mən, Gürcüstanı NATO-ya yaxınlaşmaq və alyansa üzv olmağa hazırlıq üçün mümkün olanların hamısını etməyə çağırıram» - Stoltenberq bildirib.
Onun sözləriə görə, Gürcüstan ordu formalaşdırmaq və demokratik islahatlar aparmaq istiqamətlərində böyük uğurlar qazanıb. Baş katib həm də NATO-nun Əfqanıstandakı missiyasında iştirak etmək üçün hərbçilərini göndərdiyinə görə, Tbilisiyə təşəkkür edib.
«Gürcüstanla həmkarlıq bizim üçün təhlükəsizlik qaprantıdır» - Baş katib bəyan edib.
Neqativ.com
Tarix: 1-10-2020, 08:37