Ötən gün Güney Azərbaycanın Ərdəbil şəhərində Azərbaycan ordusuna dəstək aksiyası keçirən milli-mədəni fəallar saxlanılıb.Musavat.com bildirir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Məlumatlarda qeyd edilir ki, Ərdəbildə keçirilən aksiyada milli-mədəni fəallar “Bir millət sizin arxanızdadır, Azərbaycan əsgəri”, “Həsrətin həsrətimdir, zəfərin zəfərimdir, Qarabağ” kimi şüarlar yazılan plakatlar qaldırıblar. Lakin aksiya dərhal İranın təhlükəsizlik qüvvələri tərəfindən dağıdılıb, 20-yə yaxın milli-mədəni fəal döyülərək, saxlanılıb. Onların arasında Əsgər Əkbərzadə, Murtuza, Müctaba və Mustafa Pərvin, Məhəmməd Colani, Mehdi Huşmənd, Pərviz Siyabi, Səccad Colani, Hüseyin Balaxani, Bəhmən Xeyrcu, Hamid Heydərinin olduğu bildirilir.
Tarix: 30-09-2020, 09:00