Son dəqiqə: Rus və türk hərbçilərə silahı hücum – Bölgədə atəş səsləri



Suriyanın İdlib vilayətində birgə patrul xidməti həyata keçirən Türkiyə və Rusiya hərbçiləri silahlı hücuma məruz qalıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Məlumatda hərbçilərə əl bombaları atıldığı bildirilib.
Hərbi qüvvələrin zirehli personal daşıyıcısının atəşə tutulması nəticəsində bir nəfərin yaralandığı və iki rus əsgərinin mərmi şokuna məruz qaldığı açıqlanıb.
Tarix: 25-09-2020, 20:01
Xəbəri paylaş



Xəbər lenti