Çin Xalq Respublikası (ÇXR) silahlı qüvvələri Çin bombardmançı təyyarələri (N-6K) tərəfindən Amerika Birləşmiş Ştatlarının (ABŞ) Quam adasındakı «Andersen» aviabazasını necə külə döndərəcəyini əyani surətdə nümayiş etdirən videoroliki geniş ictimaiyyətə təqdim edib.Vətənpərvərlik ruhunda hazırlanmış rolikdə Çinin «siyasi rəhbərləri» ABŞ aviabazasının HHM qüvvələri, aviasiya və döyüş gəmiləri ilə etibarlı şəkildə qorunmasına baxmayaraq, N-6K bombardmançı qüvvələri tərəfindən necə məhv edilməsi əksini tapır.
Çinin strateji təyyarələri hədəfə uğurla çatır, qarşıya qoyulmuş tapşırığı yerinə yetirir, sonra isə onların baza aerodromuna qələbə dönüşü baş verir. Müşahidəçilər diqqəti ona yönəldirlər ki, quraşdırılmış rolik hadisələrin tamamilə real nəticələrini göstərir.
ÇXR ordusu ABŞ-a qələbə hücumuna hazırdır. Analitiklər qeyd edirlər ki, Çin təkcə bombardmançılardan yox, həm də səsdən sürətli qitələrarası və qanadlı raketlərdən istifadə edəcək. Bu günə olan vəziyyət belədir ki, Çin təyyarələri ABŞ radarları tərəfindən tutula bilir və bu, Çin HHQ-i zəif hala gətirir. Ancaq belə zəiflik ABŞ-ın ən böyük strateji aviabazalarından birini dağıtmaq imkanlarını istisna etmir.Quam adasında ABŞ-ın iki aviabazası var - HHQ-nin
«Andersen» bazası və HDQ-nin
«Apra-Harbor» aviabazası. Bazaların xidməti personalının sayı 7 min nəfər təşkil edir. Onlar ABŞ-ın Asiya-Sakit okean bölgəsindəki strateji maraqlarına xidmət edirlər və Çinin, Şimali və Cənubi Koreyaların, Yaponiyanın yaxınlığında yerləşirlər.
AzPolitika.info
Tarix: 22-09-2020, 08:00