Rusiyanın hipersəsli döyüş bloku ilə idarə edilən “Avanqard” raket kompleksi ABŞ üçün ciddi təhdid törədə bilməz.Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, belə bir fikir analitik Piter Suçiunun “The National Interest” jurnalındakı yazısında ifadə olunub.
Müəllifin fikrincə, bu gün ABŞ-ı nüvə başlıqlı raketlər sahəsində ötüb keçəcək qüvvə yoxdur. Onun sözlərinə görə, hətta ruslar Birləşmiş Ştatların nüvə silahlarının buraxılış qurğularını, qitələlərarası ballistik raktlərini və strateji bombardmançılarını sıradan çıxarsalar belə rəsmi Vaşinqton cavab zərbəsi endirməyə imkan tapacaq.
Bundan başqa ABŞ-ın əlində nüvə başlıqlı raketləri ata biləcək onlarla sualtı qayığı var.
Piter Suçiu Pentaqonun hazırda “Avanqard”ı durdura biləcək xüsusi kompleksin hazırlanması üzərinə çalışdığını da qeyd edib.
Müəllif ABŞ hərbçilərinin qitələlərarası ballistik raketlər məsələsində heç bir zaman başqa bir dövlətin özündən qabağa keçməsinə icazə verməyəcəklərini vurğulayıb.
Tarix: 20-09-2020, 08:44