Hulusi Akardan xəbərdarlıq: “Türkiyə geri çəkilməyəcək”


Hulusi Akardan xəbərdarlıq: “Türkiyə geri çəkilməyəcək”
“Təxribatların heç kimə, xüsusilə də Yunanıstana faydası yoxdur”
 
Yunanıstan 18 adada qanunsuz silahlandırma aparıb. AYNA xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə naziri Hulusi Akar Aralıq dənizindəki vəziyyətdən danışarkən bildirib. Nazir vurğulayıb ki, Yunanıstanın addımları gərginliyi daha da artırır, dialoq imkanlarına zərər vurur.
 
“Türkiyə dialoq tərəfdarıdır və məsələnin siyasi həlli ilə bağlı səyləri dəstəkləyir. Bizim anlayışımıza görə, gərginlik yaratmaq, təhrik etmək və təxribatların heç kimə, xüsusilə də Yunanıstana faydası yoxdur”, - deyə Akar vurğulayıb.
 
Nazir deyib ki, “Oruç Rəis” kəşfiyyat-axtarış gəmisi qrafikə uyğun hərəkətdə olacaq: “Türkiyə Aralıq dənizinin şərqindəki maraq və mənafelərindən geri çəkilməyəcək”.
Tarix: 14-09-2020, 08:12
Xəbəri paylaş



Xəbər lenti