“Gürcüstanda müxalifətin seçkilərdə qələbə qazanacağı halda ölkənin baş naziri olmağa hazıram”.Bu barədə ölkənin keçmiş prezidenti Mixeil Saakaşvili videomüraciətində bildirib.
O, bu vəzifəni tam bir müddətdə deyil, maksimum iki il tutmaq istədiyini deyib: “Əminəm ki, iki il ölkəni bataqlıqdan çıxarmağa və sürətlə irəliləməyə kifayət edəcək”.
Sabiq dövlət başçısı Gürcüstana qayıdışının dəqiq tarixini açıqlamayıb və ölkədə narahatlıqlara səbəb olmaq istəmədiyini qeyd edib: “Hakimiyyətə iğtişaşlarla gəlməyə hazırlaşmıram”.
Qeyd edək ki, bu gün Gürcüstanın müxalif “Güc birlikdədir” birliyi baş nazir vəzifəsinə M.Saakaşvilinin namizədliyini irəli sürüb. (report)
Tarix: 7-09-2020, 22:32