Artıq bir neçə ildir Almaniya Belarusa qarşı silah embarqosu tətbiq edib. Lakin ölkədə keçirilən prezident seçkilərindən sonra milis və xüsusi xidmət orqan əməkdaşlarının etirazçılara qarşı istifadə etdiyi silahların alman malı olduğu görünür.
Bununla bağlı “Greenpeace” təşkilatının aksiyalardan çəkdiyi videogörüntülər diqqəti cəlb edib. Araşdırmanın nəticələri eksklüziv olaraq “Der Spiegel” jurnalında yayımlanıb.
Xəbərə görə, Belarusun hərbi hissələri Almaniyanın “Heckler & Koch” şirkətinin “MP5” tapança-pulemyotundan istifadə edir. “Greenpeace” bununla bağlı dəlillərini “youtube” kanalında da nümayiş etdirib.
Məlum olub ki, hələ 2015-ci ildə çəklən videogörüntülərdə Belarus xüsusi təyinatlılarının üzərində həmin silahlar olub. Maraqlıdır ki, “Heckler & Koch” firmasının Belarus dövləti ilə hər hansı bir rəsmi əməkdaşlığı yoxdur. O zaman “bu silahlar hansı yolla başqa bir dövlətin rəsmi strukturunun inventarında yer alıb” sualı ortaya çıxır.
Bundan başqa, Belarus mililsində Almaniyanın “Sig Sauer” firmasının istehsalı sayılan “P226” tipli tapançaya da rast gəlinir. Onların üzərində Almaniyanı bildirən “DE” hərfləri də açıq görünür. “Sig Sauer” şirkəti bununla bağlı jurnalın israrlı suallaırna cavab verməkdən boyun qaçırıb.
İşin qəribə tərəfi Almaniyanın hələ 2011-ci ildən “ölkədə demokratik statndartların və insan hüqqularını pozulmasına görə” Belarusa silah embarqosu tətbiq etməsidir.
“Avropa Birliyi hüdudlarından kənarda silah ixracatı təhlükəsli gəlişmədir. Üstəlik, bu silahın münaqişə ocaqlarına və insan haqlarının kütləvi şəkldə pozulduğu ölkəyə ötürülməsi qəti yolverilməzdir,-deyə “Greenpeace” təşkilatının silah ixracatrı üzrə nümayəndəsi Fabian Şvalm “Der Spiegel”ə danışıb.(Musavat.com)
Tarix: 29-08-2020, 21:27