Aralıq dənizi “kvarteti” Türkiyənin üstünə yeriyir - Hərbi təlimlərlə



Fransa İtaliya, Yunanıstan və Kiprin Şərqi Aralıq dənizində keçirdiyi birgə hərbi təlimlərə qoşulur. Təlimlər avqustun 26-28-də keçirilir. Bu barədə Fransa Müdafiə Nazirliyinin çərşənbə günü yayılmış xəbərində söhbət açılır.
Qərbi Avropanın böyük dövlətlərindən biri olan Fransanın hərbi idarəsində izah ediblər ki, Fransanın 3 «Rafale» çoxməqsədli qırıcısı və göyərtəsində vertolyot olan bir freqat birgə təlimlərin tərkib hissəsi olacaq.
Yunanıstanın müdafiə naziri Nikos Panaqiotopulos isə öz bəyanatında qeyd edib ki, bu «təşəbbüs 4 Aralıq dənizi avropalı ölkənin bölgədə gərginliyin azaldılması çərçivəsində qanunun aliliyinə sadiqliyin nümayişinə yönəlib».
Yunan nazirin bəyantından belə çıxır ki, Fransa Aralıq dənizi ölkəsidir. Ancaq bunun ağ yalan olduğunu iddia etmək üçün sadəcə, Aralıq dənizi bölgəsinin xəritəsinə ötəri bir nəzər salmaq kifayətdir. Buna baxmayaraq, yunan nazir riyakarcasına qanunun aliliyindən dəm vurur!
Beləliklə, açıq görünür ki, Yunanıstan hər vasitə ilə Türkiyəni savaşa sövq edir və bu zaman Avropa İttifaqının digər üzvlərini də öz tərəfində münaqişəyə cəlb etməyə can atır. Bölgədə cərəyan edən proseslər göstərir ki, Yunanıstan hakimiyyəti bütün gücü ilə ölkəni «Konstantinopolun yenidən çöküşü»nə sürükləyir. Tarixdən məlumdur ki, Konstantinopolun «birinci çöküşü» Vizantiyanın məhvi ilə nəticələnib. Bu hesabla, «ikinci çöküş» Afinanı dünya xəritəsindən silib atacaq.
Mirzə AĞ
AzPolitika.info
Tarix: 28-08-2020, 07:39
Xəbəri paylaş



Xəbər lenti