İsrail Türkiyənin «məkrli obrazı»nı yaratmaq istiqamətində öz fəaliyyətini Misir, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ilə koordinasiya edir. İsrailin xarici kəşfiyyat qurumu olan «Mossad»ın başçısı Yosi Koen Türkiyəni yəhudi dövləti üçün İrandan da «böyük təhlükə» hesab edir. Bu barədə Britaniyanın «Sunday Times» nəşrində siyasi şərhçi Rocer Boys yazıb.Onun ərəb paytaxtlarındakı mənbələrinin məlumatına görə, İsrailin baş kəşfiyyatçısı iki il bundan əvvəl «Türkiyə təhlükəsini Misirdən olan həmkarları ilə müzakirə edib».
Boys yazır:
«İranın gücü kövrəkdir - deyə, bu söhbətdə «Mossad» direktoru əmin olduğunu bildirib - ancaq real təhlükə Türkiyədən qaynaqlanır».Bu zaman qeyd olunur ki, Koen İranın İsrail və Fars köfəzindəki ərəb dövlətləri üçün real təhlükə olmağı dayandırdığını nəzərdə tutmayıb, əksinə, onu nəzərdə tutub ki, İranı sanksiyalar, embarqolar, kəşfiyyat məlumatlarının mübadiləsi və gizli reydlərin köməyi ilə dayandırmaq olar.
Ancaq «Türkiyənin aqressiv diplomatiyası», onun Yaxın Şərqdə yaxşı hesablanmamış riskləri Şərqi Aralıq dənizində strateji təhlükəsizliyə başqa mahiyyətli çağırışlar yaradır.Boys qeyd edir ki, İsrail tərəfidən verilən belə siqnalların adersantları təkcə İranın bölgdəki ərəb rəqibləri yox, həm də Birləşmiş Ştatlar və Avropadır. İsraillilər bununla ona nail olmağa cəhd edirlər ki, amerikalılar və avropalılar Yaxın Şərqin işlərinə daha həvəslə qarışsınlar - əgər İsrail təhlükə altına düşərsə.
Artıq xəbər verildiyi kimi, Fələstinin HƏMAS hərəkatının lideri Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın tövsiyəsi ilə İsrailə qarşı «müharibəyə» başlayıb. Bu barədə Yunanıstan KİV-nə istinadla avqustun 24-də İsrailin «7 kanal» televiziyası xəbər verib.«Məlumatlı mənbələrin» informasiyasına görə, Qəzza bölgəsində HƏMAS-ın nəzarətində olan ərazidə İsraillə sərhəddə növbəti gərginlik Fələstin hərəkatının lideri İsmail Haninin Ərdoğanla İstanbulda görüşməsindən sonra yaranıb.
Görüşdə Türkiyə kəşfiyyat təşkilatının (MİT) nümayəndələri də iştirak ediblər. Qeyd olunur ki, Ankaranın HƏMAS üzərindən İsraillə sərhəddəki fəaliyyəti Yaxın Şərq bölgəsində Türkiyə ekspansiyasının genişlənməsinin növbəti təzahürüdür.Beləliklə, İsrailin və ərəb ölkələrinin son davranışları açıq göstərir ki, Türkiyə Fələstin xalqının müdafiəsinə qalxdığı bir vaxtdə, ərəb dövlətləri olan
Misir, Səudiyyə Ərəbistanı və BƏƏ Türkiyəyə qarşı İsrail və Yunanıstanla birlikdə vahid cəbhədə birləşiblər. Maraqlısı isə odur ki, adı çəkilən ərəb dövlətləri İslam Əməkdaşlıq Təşkilatının üzvləridir. Buradan belə bir nəticə çıxarmaq olar ki, ərəblərin (həm də farsların!) müsəlmanlığı «boğazdan yuxarı» dindarlıqdır.
Təkrar etməyə ehtiyac yoxdur ki, Türkiyə Azərbaycanın qardaşı və ən yaxın müttəfiqidir - necə deyərlər, onlar «bir millət, iki dövlət»dirlər. Azərbaycanın atalar məsəli var - dostumun düşməni, mənim də düşmənimdir. Düşünürük ki, bu məntiqdən çıxış edərək, Azərbaycan sözügedən dövlətlərlə xarici siyasətinə müvafiq korrektələr edəcək və əməli ilə gerçəkdən Türkiyənin yanında olduğunu növbəti dəfə dünyaya nümayiş etdirəcək./
AzPolitika.info/
Tarix: 25-08-2020, 07:57