Cənubi Koreya kəşfiyyatı hesab edir ki, Şimali Koreyanın lideri, KXDR Dövlət Şurasının sədri Kim Çen In səlahiyyətlərinin bir hissəsini kiçik bacısı Kim Yo Çjona verib.
KONKRET.az xəbər verir ki, bu barədə məlumatı Yonhap agentliyi yayıb.
Kəşfiyyat məlumatlarına görə, Koreya İşçi Partiyası Mərkəzi Komitəsi şöbə müdirinin birinci müavini vəzifəsini tutan Kim Yo Çjon ümumi dövlət işlərinə cavabdehdir.
“KXDR lideri yenə də ali hakimiyyətin tamlığını özündə saxlayır, ancaq o, tədricən bəzi funksiyalarını bacısına həvalə edir”, – Cənubi Koreyanın kəşfiyyat idarəsi yekunlaşdırıb.
Xüsusilə iqtisadi sahədə səlahiyyətlərin bir hissəsinin yeni baş nazir Kim Dok Xuna və Dövlət Şurası sədrinin müavini Pak Bon Duya verildiyi də qeyd olunur.
Tarix: 20-08-2020, 16:18