Kiyevdə karantin sərtləşdirildi



Avqustun 17-dən etibarən Kiyevdə karantin tədbirləri sərtləşdirilir.
Bu barədə şəhər meri Vitali Kliçko məlumat verib.
Yeni qaydalar ictimai binalarda və nəqliyyatda maskasız olmağı qadağan edir. Şəxsiyyəti müəyyən etmək üçün sənəd olmadan küçələrə çıxmaq mümkün olmayacaq.
İzolyasiya şəraitində olan insanlar üçün özbaşına təcrid və ya müşahidə yerlərini tərk etmək qadağan edilir.
Bundan əlavə, beş kvadrat metr sahədə birdən çox insanın iştirakı ilə kütləvi tədbirlər keçirmək də mümkün olmayacaq.
Tarix: 17-08-2020, 22:31
Xəbəri paylaş



Xəbər lenti