“Aleksandr Lukaşenkonun Belarus prezidenti vəzifəsindən qovulması halında Rusiya Ukraynadakı ssenarini burada təkraraya bilər”.
Musavat.com xarici agenltiklərə istinadən xəbər verir ki, bu fikir ABŞ -ın respublikaçı-senatoru, Senatın Beynəlxalq əlaqələr üzə komitəsinin üzvü Marko Rubio tərəfindən tvitter hesabında ifadə olunub.
“Əgər Lukaşenko ölkədə qayda-qanun yaratmaq imkanın itirsə və ya hakimiyyətdən əl çəkməyə məcbur edilsə, o zamanda Vladirmir Putin tərəfindən Ukrayna variantının işə salınması ehtimalı olduqca yüksək olacaq”,-deyə Marko Rubio yazıb.
Xatırladaq ki, dünən Aleksandr Lukaşenko Minskdə Azadlıq meydanında, tərəfdarlaır qarşısında çıxışı zamanı belə bir variantı istisna etməmiş və belarusluları öz ölkələrini qorumağa çağırmışdı.
Tarix: 17-08-2020, 22:29