“ABŞ tərəfindən hazırlanmış koronavirus vaksinlərinin noyabr ayına qədər qeydiyyata alınması ehtimalı azdır”. Reuters xəbər verir ki, bu barədə agentliyi ABŞ-ın Milli Səhiyyə İnstitutunun rəhbəri Frensis Kollins bildirib.
Onun sözlərinə görə, ABŞ administrasiyasının “Operation Warp Speed” proqramı çərçivəsində potensial peyvəndlərin noyabr-dekabr aylarından tez tənzimləmə təsdiqini almayacağı ehtimal edilir: “Bu, uzunmüddətli klinik sınaqlara ehtiyacla bağlıdır. 10 minə yaxın könüllünün iştirakı dərmanların təhlükəsizliyi və effektivliyi üçün kifayət qədər məlumat toplamağa imkan verəcək”.
Qeyd edək ki, prezident Tramp bundan əvvəl bəyan etmişdi ki, sözügedən peyvənd mütəxəssislər tərəfindən təsdiqlənsə, ABŞ təxminən, 600 milyon vaksin istehsal edəcək.
Hazırda ABŞ hökuməti daha effektli peyvəndin hazırlanması istiqamətində bir neçə şirkətə (“AstraZeneca”, “Modern”, “Johnson & Johnson”, “Merck”, “Pfizer”) ümumilikdə 12 milyard dollar sərmayə qoyub. (apa)
Tarix: 14-08-2020, 08:20